Design a site like this with WordPress.com
Get started

Körpə gəzintidə

Hələ uşaq ikən nənəm məni Sumqayıt Kolxoz bazarından evə 14 nömrəli məktəbin ətrafına qədər(təxminən 2km) piyada aparardı. O vaxtlar bunun səbəbini çox da başa düşmürdüm. Yəni təxminən 6-7 yaşım olardı. Sonralar bunun finansal səbəblərdən olduğunu başa düşdüm. Yəni hər dəfə avtobusla gedəcək qədər pulu yox idi. Amma heç amma eyib etməz. Nənəm özü də bilmədən mənə həyatı bir vərdiş qazandırdı. Piyada gəzmək…  Bir vərdiş ki, necə deyərlər, həm ucuz, həm keyfiyyətli. Birdə ki yüngül idman yani, sağlamlıq.  Çox sağ ol əziz nənə, ruhun şad olsun !!!

Nəsimi Parkı

Sonradan orta məktəbin son illərində, hal-hazırda da dostluğumuzun davam etdiyi, qapı qonşumuz, uşaqlıq dostum ilə məktəbdən evə piyada gələrdik. Daha sonralar sinif yoldaşlarımızla da parkda xeyli piyada gəzərdik. Hətta məni harasa qonaq və yaxud yeməyə dəvət edən də, Sumqayıt daxili yerlərə peşkom ya da yerli dildə 11 nömrə ilə gedirdim. Təbii ki bu məni cağıranları bir qədər narahat edirdi, bəzən də əsəbləşdirirdi. Çünki marşurutla 5-10 dəqiqəlik gediləcək yol piyada 30-45 çəkirdi.  Amma deyəsən bir şeyi yoxdur. Indi də  Azərbaycana valideynlərimi görməyə gedəndə bacardığım qədər hər yerə piyada gedirəm. Artıq məni görmək istəyən dost,tanış da yerimi bilir. Dəniz qırağı…

Xəzərin sahilində… idea müəllifi Fərid btw 🙂

Bir qədər nostalqiyadan sonra, qayıdım mətləbə. Niyə bu yazını qələmə almağa qərar verdim?! Niyə piyada gəzmək haqqında danışmaq istədim?!  

Azərbaycana ən son səfərim zamanı, məktəb, universitet yoldaşım, instagramda mymentoraz səhifəsinin yaradıcısı, on minlərlə izləyicisi olan Orxan Həsənovla görüşmə, söhbətləşmə imkanım oldu. Çox sevindim ki, Sumqayıtın füsunkar dənizkənarı parkını gəzən, bu gözəllikdən zövq alan, və bu zövq alarkən hətta maariflənən insanlar da var imiş. Bəli karantin dövrü başlayandan mən də hər tərəfin bağlı olması səbəbiylə hər axşam işdən sonra 1-2 saat gəzib audio kitablara, podcastlara qulaq asıram. Yəni necə deyərlər həm ziyarət həm ticarət. Bir tərəfdən ruhumuzu dinləndiririk, düşünməyə vaxt olur, təmiz hava qəbul edirik, digər tərəfdən isə multitasking yəni ki bir anda bir neçə işi görmə funksiyasını yerinə yetiririk, audio kitablarla savadımız artır,maariflənirik.  Mən stol arxasında oturub ya da divanda kresloda uzanıb kitab oxuya bilmirəm. Yani yuxu aparır, ya da əsnəməkdən çənəm yorulur. Təbii ki, dəyişən dünya, texnoloji inkişaf mənim kimi hiperaktiv insanlar üçün də oxumaq, bilik artırma şansı yaratdı.

Yazının sonunda piyada gəzmək haqqında TEDTALK(ingiliscə) videosu, həmçinin gəzməyin sağlamlığa faydalı tərəfləri haqqında informasiya verən linklər paylaşacam. Indi sadəcə mənim üçün faydalı və müsbət tərəflərindən danışım. Piyada gəzərkən günəş doğumu, günəş batımı , yüksəklikdən şəhərinin panoramik görüntüsü, şəhərin alçaq nöqtələrindən yüksəkliklərin görüşü, və təbii ki müasir dövrün bizə bəxş etdiyi hədiyyələrdən biri ağıllı telefonlarla bu gözəlliyin əbədiləşməsi… Təbiəti sevməklə başlayan sadə bir vərdiş(#tinyhabits)  

Paylaşdığım şəkillərdə sevinc,rahatlıq məncə nəzərə çarpandır. Bir az öncə dediyim kimi gəzərkən həm istirahət edirik, həm stress atılır, həm də ki marşrutumuzu özümüz cızırıq. Yəni bunu Bakıda ya Şəkidə, Sumqayıtda ya Kiyevdə, və ya Praqada rahatlıqla yerinə yetirmək mümkündür. Təbii hər şəhərin özünün öz gözəllikliyi var. Müqayisə etmək düzgün olmazdı(unfair advantage). Ama amma türklər demiş yetər ki məqsədimiz bağa girmək olsun bağbanı döymək yox 🙂

Söhbəti belə yekunlaşdıraq ki, fikirlərinizi, düşüncələrinizi bir də gəzərək yoxlayın. Yeməkdən sonra həzm üçün, yuxulu ikən yuxunun qaçması üçün, işdən sonra stress atmaq, mənəvi istirahət, əgər erkəndən dura bilirsizsə, səhər yeməyindən öncə beynin oyanması, meditasiya, günə pozitiv başlamaq üçün bir neçə min addım gəzin(1-2km). Bu addımlarınızı ya telefonunuzla, ya daki smart saatlarınızla qeyd edin. Bu extra motivasiya, gündəlik görməli olduğunuz işlərin sayına birini də əlavə edəcək. Beləliklə yatana qədər 5-10 bəlkə də 15 min addım atmaq kimi bir məqsədiniz olacaq. Hələ mən bunun bir səviyyə yuxarısı sinif yoldaşınız, dostlarınız, yaxınlarınızla addım yarışına çıxmağımızı demirəm. İngilislər demiş, sky is the limit(limit səmadır). Yaradıcılıq sərhəd tanımır.  Bu dəfə üçün hələlik.

Azadlıq/Freedom/Liberty

P.S. Söz verdiyim linkler;

TedTalk : https://www.youtube.com/watch?v=j4LSwZ05laQ https://www.cnnturk.com/saglik/her-gun-30-dakika-yuruyusun-vucuda-faydalari

Published by eLmAn aLi

born and raised in the small town Sumqayit Azerbaijan, and currently residing in Prague, Czech Republic. I love walking, running, active lifestyle. I love listening to content on Self-help, watching comedies, and investigative documentaries. Coaching and Public speaking are the areas I am trying to develop myself, as well as learning Agile project management and methodologies. I am following youtube/podcast content in general, Adam Grant, Paula Rizzo, James Clear, and Andrew Huberman are the ones I enjoy most

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: