Salamlar dostlar
Bugünkü yazımda keçmiş professorum, və yaxud universitetdən hocam, Səlim Özdemirin “Psixolojik çareler” verlişlər seriyası, xüsusilə də 2ci epizod haqqındakı fikirlərimi qısa şəkildə bildirəcəm: https://www.youtube.com/watch?v=95w_scHt5dw&t=416s (Proqramın linki)
… Hardan başlasam… Canim hocacim, əlinə əməyinə sağlıq !!! Gerçəkdən də son dərəcə aktual, mənə, və yaxın çevrəmə, social network’ümə maraqlı gələcək, bizi bilgiləndirəcək, aydınladacaq bir proqram, və də inşallah proqram serisi …

Proqramda Kanadalı qonaq doktor Fatma Yeşilyurt (səhifəsi) və Selim hocam generation Z, Millennialların bugünkü problemləri, üzləşdiyi çətin vəziyyətlər, qərb və şərqin təhsil sistemleri, həyat tərzləri, sosio-kultural amillərinin fərqlərindən danışır, və Fatma xanım bu məsələlər barədə profesional nöqteyi-nəzərdən öz fikrini bildirir.

Doğurdan da deyim yerində isə, dəyişməyən təkcə dəyişikliyin özüdür(Everything changes except for ‘change’ itself.) Dinamik (teknolojik) çağımızda “cavanlarımızı” başa düşmək, onlarla “yola getmək” nəinki çətin, hətta mən deyərdim ki bu şərtlərlə mümkünsüzdür. Başqa fəlsəfə, başqa dil, başqa moda, başqa gözlənti… “Bunlarla baş edə bilmənin” tək yolu onlara anlayış göstərmək, onları dinləmək, və hər nə qədər çətin olsa da, sizin bildiklərinizin, “yaşadıqlarınızın” onlara heç bir faydası olmayacağına inanmağınızdır. Məni səhv başa düşməyin, əminəm ki, biliyiniz, savadınız, həyat təcrübəniz kifayət qədərdir. Amma və lakin, artıq köhnə hamam köhnə tas vaxtı deyil. WIFI ilə oyanan, USB kabeli bəlkə də wireless zaryatka yığan, smartfon, laptop, tablet ilə yaşayan bu nesilə; “Oxu həkim ol!!! Qonşunun qızı 5 aldı sən 3! ☹☹☹ Bu kişi sənəti deyil !!! O peşə qadına yaraşmaz!!!” kimi sexist*(ayırımçı) deyimlərimiz sroku keçmiş süd məhsulu kimidir (yəni xammal olaraq əladır, vaxtilə həyat üçün zəruri olub, amma istifadə vaxtı qurtardımı insanlara zərərlidir)
Xeyirli seyirlər, deyərək, sizi verilişlə baş-başa buraxım. Kanala abune olun ki, yeni verlişlərdən xəbərdar olubç seriyanın davamını izləyə biləsiniz. Təşəkkürlər!!! Görüşənədək 😊 Fikirlərinizi, kommentlərinizi, çəkinmədən yazın.
P.S. Duyğusal proqrama duyğusal bir yorum olduğu üçün bonus alaraq yazını keyflə oxuyun deyə ipucu musiqisi verim: Johannes Brahms -Symphony No. 3