Design a site like this with WordPress.com
Get started

Ya siftə

Mənim üçün bugün o gündür. Nəhayət ki ilk dəfə 32 il sonra əlimə qələm alıb, doğma ana dilində 1-2 şey yazmağa cəhd göstərirəm. Bəli, məhz cəhd göstərirəm və buna görə də, yazıya cızma-qara adını verirəm. Çünki bu stil sizin kitablardan oxuduğunuz, televiziyadan eşitdiniz yazıların dili ilə eyni olmayacaq. Mənim həmsöhbətim Millennial və Generation Z yəni ki Z nəslidir.

Bir nəsil ki, smart texnika ilə doğulub, WIFI ilə böyüyüb boya-başa çatıb, ağıllı  cihazların zaryadkası bitəndə isə bu insanların da enerjisi tükənir. Bunu pis məna da və yaxud onları tənqid etmək üçün demirəm. Bu yeni nəsil insanın xarakterik xüsusiyyətləridir. Bir millienial olaraq özümü də bu cəmiyyətin bir üzvü sayıram. Biz 80ci, Sovet imperiyasının son illərində qıcqırmış xəmirdən yoğurulmuş, keşməkeşli və əziyyətli 90-cı illərdə böyüyüb təhsil almışıq. 2000-ci illər bizə texnika və internetin nümunələrini gətirib. 2010-cu illər isə sanki bir “soyuq duş” effekti. Aldığımız şokla birgə bir yolun astanasında, bir qərar məqamında qalmışıq. Geriyə baxdığımızda dənizdə batan, əllərini göyə sarı açmış insan timsalı bizdən uzaqlaşan Sovet ideologiyası və o dövrdən çıxa bilməmiş vətəndaşlarımızı görmüşük.

Önümüzə baxdığımızda isə yep-yeni heç bənzəri, şahidi olmadığımız birşeylə rastlaşmışıq. Bəli, görmədiyimiz o varlıq Z(zed) nəslinin nümayəndələri yəni ki, 2000-ci illərdə doğulmuş yeni nəsil.

Bu xaos ortamında, başına gələn bu bəladan necə çıxacağımızın qərarını vermək məcburiyyətində qalıb, tezbazar bir addım atmalı olmuşuq. Bu boşluqda bəziləri özünü “arka bahçe”-şərqə verib, “imanına” sığınıb. Bəziləri isə arxada qalan namərddir deyib Avropa Amerikanın yolunu tutub.

Həəəə qaldı bizim  orta kısım. Yəni ortada qalanlar, nə əlaçı, nə dəki dvoşnik (двоечник). Mənim yadıma gələn bizim cəmiyyət heç orta səviyyə insanına isinə bilmədi, onlarla barışa bilmədi. Elə hey bir şeyi bil amma yaxşı bil, ancaq 5 al, oxu alim ol, ali təhsil, yüksək bal, inamarka maşın, villa, və s, və ilaxır. Heç 4 alan, 3 alan şagird, marşrut sürən, təmizlikçi, elektrik, sürücünün oğlu və ya qızından, onun evindən, maşınından danışan yoxdur. Heç onlara aid atalar sözü deyən yoxdur. Axı bir cəmiyyətə məktəbi təmir edən də, məktəb üçün yemək bişirən də, o məktəbin turbalarını açan da lazımdır, bu məktəbi idarə edən də, məktəbin içində dərs deyən də, dərs deyənləri yönəldən bir menecer də… Yəni xülasə, sözümün canı odur ki, nə qabağa  nə də dala gedə bilməyən, ortadaqaldıçılar  əziyyət çəkdi,və bəziləri hələ də çəkir. Mənim cızma-qaram, yazdıqlarım, dediklərim bu barədə olacaq. Xitab etdiyim kütlə məncə orta və yeni nəslin nümayəndələri olacaq.

Həəəə yazımda xarici sözlər, qeyri-azəri ifadələr görəcəksiniz, təəccüblənməyə ehtiyac yoxdur. Bu qeyri-rəsmi blog yazısıdır və birdə ki, son 15 ildir ki, Azərbaycan dilində təhsil almıram. 15 ilin yarısını Türkcə, qalan yarısını da bildiyim digər dillərdə yazıb-oxuma ilə keçirmişəm. Bu dəfə üçün hələlik, giriş, təqdimatım biraz uzun oldu, üzrlü hesab edin. Gələn dəfə üçün daha interaktiv yazı hazırlayacam.

P.S. Təklif, tənqid , rəylərini mütləq yazın. Fikrinizi bilmək çox önəmlidir!

Published by eLmAn aLi

born and raised in the small town Sumqayit Azerbaijan, and currently residing in Prague, Czech Republic. I love walking, running, active lifestyle. I love listening to content on Self-help, watching comedies, and investigative documentaries. Coaching and Public speaking are the areas I am trying to develop myself, as well as learning Agile project management and methodologies. I am following youtube/podcast content in general, Adam Grant, Paula Rizzo, James Clear, and Andrew Huberman are the ones I enjoy most

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: